ARTLAB TƏLİM PROQRAMI

Uşaqlar üçün
Biz uşaqları yaradıcılığın əsasları ilə oyun və praktika vasitəsilə tanış edirik. Naturadan rəsm çəkir, forma və rəngi öyrənir, müxtəlif materialları (akril, yağlı boya, batik, vitraj) sınaqdan keçiririk. Uşaqlar həcm ilə işləməyi, sadə heykəllər və dekorativ məmulatlar yaratmağı öyrənirlər. Dərslər diqqəti, təxəyyülü, motorikanı inkişaf etdirir və şəxsi ideyalara inam verir.
Abituriyentlər üçün:
Proqram bədii imtahanlara hazırlığa yönəlib. Akademik rəsm, formanın qurulması, anatomiya, perspektiv, mürəkkəb natürmortlar və gips baş fiqurlarını dərindən öyrənirik. Kətan üzərində rəngkarlıqla işləyir, kompozisiyanı mənimsəyir, imtahan tapşırıqlarını yerinə yetiririk. Əlavə -olaraq Azərbaycan və dünya məktəblərindən incəsənət tarixi də tədris olunur

ARTLAB-ın tam təlim proqramı
Biz uşaqlar, yeniyetmələr və abituriyentlər üçün bütün tədris yolunu bir sənəddə topladıq. Orada mərhələlər, məqsədlər, materiallar, texnika, cədvəl və dərslərin formatı ətraflı qeyd olunub. Kurslarla daha yaxından tanış olmaq və sizə uyğun istiqaməti seçmək üçün proqramı yükləyin.